Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2019 15:20
“Real”ın baş məşqçisi Zinəddin Zidan İspaniya çempionatının ikinci turunda “Valyadolid”ə qarşı keçirilən oyun öncəsi bildirib ki, mümkün transferlər haqda danışmaqdan yorulub.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o deyib: “Sentyabrın 2-nə qədər hər şey mükündür. Digər komandalarda olduğu kimi, bizə də hansısa oyunçu gələ, kimsə də gedə bilər. Buna görə də 2 sentyabrı səbirsizliklə gözləyirəm. Həmin gün tez gəlib çatsaydı, bu söhbətlər də qurtarardı”.
Qeyd edək ki, İspaniyada yay transfer pəncərəsi məhz həmin tarixdə bağlanacaq.