Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 08:18
Nizami rayonunda gənc oğlana 5 bıçaq zərbəsi vurulub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsi 41 ünvanında baş verib.
1994-cü il təvəllüdlü Qarazadə Nahid Tahir oğlu dostu ilə əlbəyaxa dava zamanı kürək və üz nahiyəsindən 5 bıçaq xəsarəti alıb. Yaralı ağır halda xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.