Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 12:18
Səhiyyə nazirinin yeni müşaviri təyin olunub.
Səhiyyə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, bu barədə səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev əmr imzalayıb.
Əmrə əsasən, Tural Babayev səhiyyə nazirinin müşaviri təyin edilib.
Xatırladaq ki, T.Babayev bu vəzifəyə qədər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb.