Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Metroda sərnişinlərə hücum edən yapon “Joker”i təqlid etdiyini deyib - VİDEO

Metroda sərnişinlərə hücum edən yapon “Joker”i təqlid etdiyini deyib - VİDEO

Tarix: 2 Noyabr 2021 13:02

Yaponiya paytaxtında metro qatarında insanlara hücum edən Kyota Hattori adlı gənc "Joker"i (komikslərdən "Betmen"in düşməni) təqlid etdiyini deyib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə "Joker" kimi görünməyə və eyni adlı filmdə caninin qatarda insanlara hücum etdiyi səhnəni təkrarlamağa cəhd edib.

"Ekspress qatarı seçdim, çünki adam çoxdu, stansiyalar arasında böyük intervallar olması insanların qaçmasını çətinləşdirəcəkdi, səyahət vaxtı isə uzun idi", - deyə Hattori izah edib.

Şübhəli heç kəsi öldürə bilmədiyi üçün təəssüfləndiyini vurğulayıb.

Xatırladaq ki, hadisə oktyabrın 31-də baş verib. Naməlum şəxs qatarda bıçaqlı hücum həyata keçirdikdən sonra alışqan maye (ehtimal ki, xlorid turşusu ilə) ilə oturacaqları yandırıb. Hadisə nəticəsində 17 nəfər yaralanıb, onlardan biri - yaşlı kişi hələ də huşsuz vəziyyətdədir.

Yerli polis şübhəlini saxlayıb, o heç bir müqavimət göstərməyib.


Etiketlər:  Metroda sərnişinlərə hücum edən yapon Jokeri təqlid etdiyini deyib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ