Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən müharibəsi şəhidi yad edildi - VİDEO

Vətən müharibəsi şəhidi yad edildi - VİDEO

Tarix: 2 Noyabr 2021 14:32

Ağstafada Elnur Həsənovun adına bulaq kompleksi açılıb. Vətən müharibəsinin sonuncu günü Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Elnur Həsənovun əziz xatirəsi anılıb. Doğulub böyüdüyü Ağstafa rayonunda şəhidin adına xatirə bulaq kompleksinin açılışı olub.

Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki,ailəsi, yaxınları, dostları ilə birgə döyüş yoldaşları da Elnurun məzarını ziyarət edib, şəhidin ruhuna dualar oxuyublar. Şəhid Elnurun atası oğlunun döyüş yolundan danışıb.

1992-ci il sentyabrın 15-də Ağstafa şəhərində anadan olan Elnur Həsənov, 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidməti zamanı kiçik çavuş, manqa komandiri kimi fəaliyyət göstərib. Füzuli, Xocavənd, Laçın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş Elnuru, döyüş yoldaşları da cəsur və qəhrəman komandir kimi xatırlayır.

Elnur Həsənov Vətən müharibəsində göstərdiyi şücaətlərə görə ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.


Etiketlər:  Vətən müharibəsi şəhidi edildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ