Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

OPEK+ ölkələri hasilat həcmini artırmaqda davam edəcək

OPEK+ ölkələri hasilat həcmini artırmaqda davam edəcək

Tarix: 4 Noyabr 2021 21:16

OPEK+ ölkələri nazirlərinin növbəti toplantısı başa çatıb.

İclasda avqust ayından etibarən fəaliyyətdə olan hasilatın tədricən artırılması planının davam etdirilməsi barədə razılıq əldə olunub.

Beləliklə, dekabr ayında sutkalıq hasilat həcminin 400 min barrel artırılması nəzərdə tutulub.

Qeyd edək ki, nazirlərin növbəti toplantısı dekabrın 2-də baş tutacaq.


Etiketlər:  OPEK ölkələri hasilat həcmini artırmaqda davam edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ