Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2021 14:52
Dünən də qeyd edildiyi kimi, erməni baş nazir Nikol Paşinyan merliyə namizəd David Danielyanın atasının dəfn mərasimində iştirak etmək üçün Qafana gedib.
Əldə olunan məlumata görə, Paşinyan Qafana Azərbaycanın nəzarəti altında olan Goruş-Qafan dövlətlərarası avtomobil yolu ilə deyil - təmir olunan Vorotan-Nor Arajadzor yolundan keçərək gedib. Ən maraqlısı odur ki, təmir olunan Tatev yolu ilə Qafana gedən baş naziri 20-yə yaxın maşın müşayiət edib. "Polis əməkdaşları kəndlərin hər birinin kəsişməsində durub, Paşinyanın yürüşünü izləyiblər ki, yerli əhalidən heç kim ona yaxınlaşmasın", - deyə "Qrapatak" qəzeti yazıb.
Qəzet onu da yazır ki, Ermənistan baş naziri azərbaycanlılardan qorxduğu üçün dövlətlərarası yoldan istifadə etməkdən yayınıb. Əlavə edilib ki, baş nazir həm də öz ermənilərindən qorxur. Bu səbəbdən də onu mühafizə edənlərin və polislərin sayı artırılıb. "Əgər belə təhlüksizlik tədbirləri Qafanda da həyata keçirilirsə, o zaman onun nə vaxtsa Qarabağa səfər edəcəyini gözləməyinə dəyməz. "Başqa sözlə, məhz bu qorxu və həyəcanın nəticəsidir ki, Paşinyan bir ildir ki, "Artsax"a (Qarabağa) səfər edə bilmir" - deyə qəzet yazıb.
Kamran Seyidov