Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2021 19:50
Hər kəs bu həyatda çətinliklərlə üzləşir. Çünki, həyat ümumiyyətlə çətinliklərlə doludur. "Bələd" surəsinin buyurduğu kimi, insan əziyyət və çətinliklərdə yaradılmışdır. Ancaq sual belədir ki, çətinliklərdən necə xilas olmaq olar?
İnsan bu yolda mütləq səbirli olmalıdır. Səbir dedikdə, onu nəzərdə tutmuruq ki, insan əlini əlinin üzərinə qoyub əyləşsin. Sadəcə, insan gərək hövsələsini əldən verməsin və özünü kontrol etməyi bacarsın. Çətinliklərdən çıxmaq üçün təfəkkür etsin.
Ayətullah Bəhaəddini çətinliklərdən xilas olmağın üç yolunu bizlərə tanıtmışdır. Alimin nəzərinə görə çətinliklərdən xilas olmaq üçün:
1. Qurban kəsmək lazımdır. O kəslərin ki, maddi imkanı yol verir, qoyun qurban etsinlər və yoxsullara paylasınlar. Qurban bir çox bəlaları insandan dəf edər.
2. "Kəsa" hədisini oxumaq. Peyğəmbərimiz (s) dəfələrlə and içmişdir ki, əgər kimsə bu hədisi oxuyarsa, əgər qəmgin olarsa - qəmi aradan gedər, hacət sahibinin hacəti yerinə yetər.
3. 14 000 dəfə salavat göndərmək. Bu salavatı bir neçə nəfər paylaşıb göndərə bilər.
Eyni zamanda alim buyurur ki, dünyadan köçənlərimizə salavat göndərməyin çox təsiri vardır. Alim özü bunu təcrübədən keçirtmişdir. Alim danışır ki, yuxuda görmüşdür ki, insan bir neçə əzaba düçar olmuşdur. Ona bir neçə salavatı hədiyyə edəndən sonra görmüşdür ki, o, əzabdan xilas olur.