Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2021 23:54
"Yaşıl çay xərçəng və insult kimi bir çox xəstəlik riskini azaldır".
Sonxeber.net xarici KİV-ə istinadla xəbər verir ki, bu fikri yapon tədqiqatçı, kənd təsərrüfatı elmləri doktoru Eiçi Fukuşima söyləyib.
Onun sözlərinə görə, son vaxtlar bu məhsulla bağlı çoxlu sayda epidemioloji araşdırmalar ortaya çıxıb. Bu məqsədlə "2021-ci ilin meta-təhlili", "Yaşıl çay istehlakının endometrial təsiri", "Ağciyər və yumurtalıq xərçəngi inkişaf riski" və "Ürək-damar xəstəliklərindən ölüm riski"ni azaltdığını göstərən bir çox elmi araşdırmanın nəticələrini təhlil edib.
Fukuşima deyib ki, yaşıl çaydakı polifenollara çay kateşinləri deyilir. Güclü antioksidan xüsusiyyətlərə malikdirlər.
Mütəxəssisin fikrincə, katexinlər yağların parçalanması və istifadəsində iştirak edən fermentlərin aktivliyini də artırır, bədənə enerji vermək üçün yağın istifadəsini asanlaşdırır.
Araşdırmaçı həmçinin qeyd edib ki, yaşıl çaydakı kateşinlər və teanin 5 ay içdikdən sonra qripə yoluxma riskini azaldır. (publika.az)