Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2019 09:00
Bakı. Elnur Bağışov - Trend:
İran paytaxtı Tehranda meyvə tərəvəzin elan olunan qiymətlərinə əsasən, meyvə-tərəvəz bazarlarında 1 qutu ananasın (6-8 ədəd) qiyməti təxminən 500 min rial (rəsmi məzənnə 11,9, qara bazar 4,2 dollar) bahalaşaraq 1,6-2,4 milyon rial (rəsmi məzənnə 38-57, qara bazar 13,6-20 dollar) arasında satılır.
Trend-in məlumatına görə, bunu Tehranın Meyvə-Tərəvəz Mərkəzi Bazarı Birliyinin sədri Əsədulla Kargər deyib.
Ə.Kargərin sözlərinə görə, hər 1 kq zoğalın qiyməti 120-200 riala (rəsmi məzənnə 2,85-4,76, qara bazar 1-1,7 dollar) satılır.
Aşağıdakı cədvəldə Tehran bazarındakı bəzi məhsulların qiymətləri qeyd olunub:
Məhsul |
Çəki |
Qiymət (rialla) |
Ananas |
1 qutu (6-8 ədəd) |
1,2-2,4 milyon |
Zoğal |
1 kq |
120-200 min |
Tüksüz şaftalı |
1 kq |
60-110 min |
Banan |
1 kq |
100-120 min |
Gilas |
1 kq |
160-240 min |
Qırmızı kələm |
1 kq |
15-30 min |
Limon |
1 kq |
70-120 min |
Yerkökü |
1 kq |
25-45 min |
Manqo |
1 kq |
120-180 min |
Əncir |
1 kq |
30-70 min |
Üzüm |
1 kq |
40-90 min |
Göyərti |
1 kq |
15-25 min |
Pomidor |
1 kq |
15-30 min |
Alça |
1 kq |
30-90 min |
Çiyələk |
1 kq |
70-170 min |
Qeyd edək ki, İranda rəsmi məzənnə ilə 1 dollar 42 min rial, qara bazarda isə 117 min rialdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin