Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada koronavirusun beşinci dalğası: virusun yayılması sürətlənir

Fransada koronavirusun beşinci dalğası: virusun yayılması sürətlənir

Tarix: 11 Noyabr 2021 19:44

Fransa koronavirus epidemiyasının beşinci dalğasının başlanğıcındadır.

Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, bu barədə Fransanın səhiyyə naziri Olivye Veran deyib. "Bir neçə qonşu ölkə artıq COVID-19 epidemiyasının beşinci dalğası ilə üzləşib. Fransada hazırkı vəziyyət beşinci dalğanın başlanğıcına bənzəyir", - deyə Olivye Veran bildirib. Onun sözlərinə görə, ölkədə virusun yayılması sürətlənir. Ardıcıl olaraq ikinci gündür ki, koronavirusa yoluxanların sayı 10 min nəfəri ötür.

Pandemiyanın statistikasını aparan "Worldometer" saytının məlumatına əsasən, son sutka ərzində Fransada 11 min 883 nəfər COVID-19 infeksiyasına yoluxub, 33 nəfər həyatını itirib.

İndiyədək ölkədə koronavirusa yoluxanların sayı 7 milyon 244 min nəfəri ötüb, ölənlərin sayı 118 min 56 nəfərə çatıb, 6 milyon 990 min nəfər isə xəstəlikdən sağalıb.

Fransa koronavirusa yoluxanların sayına görə dünyada 7-ci, ölüm hallarının sayına görə isə 12-ci yerdə qərarlaşıb.


Etiketlər:  Fransada koronavirusun beşinci dalğası virusun yayılması sürətlənir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ