Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2021 22:16
Bu çox tanınmış xalq təbabəti vasitəsidir. Bu qarışıq orqanizmə ümumimöhkəmləndirici təsir edir, qanın tərkibini yaxşılaşdırır, immuniteti möhkəmləndirir, qalxanvari vəzinin fəaliyyətinə müsbət təsir edir.
Lazım olan məhsullar:
- 1/2 kq qarabaşaq
- 1/2 kq qoz
- 1/2 kq bal
Qarabaşaq və qoz ləpələri yaxşı yuyulur və qurudulur. Qarabaşaq qəhvəuyüdəndə xırdalanır, qoz blenderdən keçirilir, bal əlavə olunur və yaxşı qarışdırılır.
Qarışığı sərin quru yerdə saxlayın və gündə 3 dəfə 1 çay qaşığı olmaqla (uşaqlara 1/2 çay qaşığı) yeməkdən 30 dəqiqə əvvəl qəbul edin.