Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neymar haqda söhbətlər komandama mane olur” – Tuhell

“Neymar haqda söhbətlər komandama mane olur” – Tuhell

Tarix: 25 Avqust 2019 15:28

“Neymara bu qədər diqqət komandama mane olur”.

Qol.az AS-a istinadən xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Tomas Tuhell Fransa Liqasında “Tuluza”ya qarşı keçiləcək oyun öncəsi bildirib. “Vəziyyət faciəvidir. Çünki Neymar barədə söhbətlərin çoxluğu komandanın hazırlığına mane olur. Elə bir futbolçu həmişə maraq doğurur. Amma hər mətbuat konfransında biz Neymardan danışırıq. Düzü, bu, klub üçün yaxşı hal deyil” – deyə alman mütəxəssis mətbuat konfransında qeyd edib.

Neymarın “Tuluza” il matçda meydana çıxıb-çıxmayacağı haqda suala isə Tuhell belə cavab verib: “Bunu idman direktorumuz Leonardodan soruşun. Onun matçda iştirak edib-etməyəcəyi tranferi ilə bağlı məsələ yoluna qoyulduqdan sonra bilinəcək”.

Qeyd edək ki, yaxın vaxtlarda Neymarın PSJ-dən ayrılaraq “Barselona” və ya “Real”a keçəcəyi iddia edilir.

 


Etiketlər:  Neymar haqda söhbətlər komandama mane olur Tuhell


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ