Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' - ''Liverpul'' oyunu ona tapşırıldı

''Barselona'' - ''Liverpul'' oyunu ona tapşırıldı

Tarix: 29 Aprel 2019 13:56

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Barselona" - "Liverpul" matçının  hakimləri müəyyənləşib.

Qol.az  UEFA-nın saytına istinadən xəbər verir ki, "Nou Kamp"dakı görüş hollandiyalı hakimlər briqadasina tapşırılıb.

Qarşılaşmanı Byörn Kuypers idarə edəcək. Ona yan xətdə Mario Diks və Ervin Zeinstra kömək edəcək.Dördüncü hakim funksiyasını yunanıstanlı Anastasios Sidiropulos yerinə yetirəcək. VAR sisteminə isə Danni Makkelie nəzarət edəcək.

Qeyd edək ki, mayın 1-də keçiriləck "Barselona" - "Liverpul" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.
 


Etiketlər:  Barselona Liverpul oyunu tapşırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ