Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2021 17:52
Rusiya beynəlxalq hüquqa və iki ölkənin milli qanunvericiliyinə ciddi riayət etməklə İranla hərbi-texniki əməkdaşlığı davam etdirəcək.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu "Rosoboroneksport"un baş direktoru Aleksandr Mixeyev deyib.
"İranla hərbi-texniki əməkdaşlığın perspektivlərinə gəlincə, cavab vermək lazımdır ki, istənilən şəraitdə əməkdaşlıq hər iki dövlətin mövcud qanunvericiliyinin normalarına, tərəflərin beynəlxalq öhdəliklərinə ciddi əməl olunması əsasında həyata keçiriləcək", - Mixeyev bildirib.