Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hədiyyə, maddi yardım və miraslar hansı hallarda gəlir vergisindən azaddır?

Hədiyyə, maddi yardım və miraslar hansı hallarda gəlir vergisindən azaddır?

Tarix: 14 Noyabr 2021 22:14

Vergi Məcəlləsində təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və mirasların gəlir vergisi ilə bağlı güzəştlər də öz əksini tapıb.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən Sonxeber.net-a bildirilib ki, Məcəlləyə əsasən, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi, mirasların dəyərinin 20 min manatadək olan hissəsi, hədiyyə, maddi yardım və miras vergiödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri gəlir vergisindən azad edilir.

Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.


Etiketlər:  Hədiyyə maddi yardım miraslar hansı hallarda gəlir vergisindən azaddır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ