Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“ANYmal” robotunun kommersiya versiyası təqdim olunub (VİDEO)

“ANYmal” robotunun kommersiya versiyası təqdim olunub (VİDEO)

Tarix: 26 Avqust 2019 11:20

İsveçrənin "ANYbotics" şirkəti kommersiya istifadəsi üçün hazır dördayaqlı "ANYmal" robotunun yenilənmiş versiyasını təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, "ANYmal C" adlı robot əvvəlki prototiplərdən nəzərəçarpacaq dərəcədə fərqlənir. O, daxili hissəni "IP67" standartı üzrə toz və sudan qoruyan mükəmməl korpusa malikdir. Bundan başqa, robot naviqasiya üçün yeni ötürücülərlə təchiz edilib: yerdə səmti müəyyənləşdirmək və maneələri dəf etmək üçün "ANYmal C" korpusun yuxarı hissəsindəki lidar qurğusu və hər iki tərəfdə quraşdırılan dərinlik kameralarından istifadə edir. Həmçinin robot təsviri operatorun pultuna translyasiya edən iki adi kamera ilə təchiz olunub.

 

Məlumata görə, çəkisi 50 kq təşkil edən robot 10 kq əlavə yük daşıyır, sürəti isə saniyədə 1 metr təşkil edir. Bundan əlavə, "ANYmal C" 20 dərəcə enişli maili səth ilə hərəkət edə və 45 dərəcə enişli pilləkənləri çıxa bilir. Avtonom iş vaxtı 4 saata bərabər robot enerji toplamaq üçün konus şəklində hazırlanan xüsusi enerjidoldurma stansiyasına müstəqil dönə bilir.

 

Bildirilir ki, "ANYmal C" müəssisə və digər obyektlərdə avadanlıqların nasazlıqlarının yoxlanılması üçün nəzərdə tutulub. Məsələn, xüsusi ötürücü vasitəsilə robot qaz sızmasını aşkarlayır.

 

Nizam Nuriyev

 

 




Etiketlər:  ANYmal robotunun kommersiya versiyası təqdim olunub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ