Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2021 09:50
"Çoxlu dua edirəm. Bu ermənilərin necə dilənçi, yaltaq olduğunu hamı bilir. Təxribat törədirlər. Lakin məğlub olacaqlar".
Sonxeber.net xəbər verir ki, bu sözləri Olay-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova deyib. O bildirib ki, düşmən bizim qələbəmizi həzm edə bilmir:
"Onlar öz millətlərini aldadırlar. Əsgərlərimizə nəsə olmağını istəmərəm. Amma içimdə xoş bir hiss var ki, hər şey bizim xeyrimizə olacaq. Bizim 1992-ci ildə yaşadıqlarımızı, onlar indi yaşayırlar. Mən hər şeyi görüb yaşamışam, ailəmin qaçqın düşməsini görmüşəm. Lakin o zaman bizim öz torpağımız idi. Bunlar başqasının torpağına deyirlər ki, bizimdir. Haqq bizim tərəfimizdədir. Allah Şuşa işğaldan azad olunanda da əsgərlərimizin yanında idi. İndi də yanında olacaq. Heç narahat olmayın. İki-üç günə hər şey yaxşı olacaq".
Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarında Azərbaycana qarşı genişmiqyaslı təxribat törədib, iki hərbçimiz yaralanıb.