Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus ən qədim peşə sahiblərini də vurdu - Qiymətləri qaldırdılar

Koronavirus ən qədim peşə sahiblərini də vurdu - Qiymətləri qaldırdılar

Tarix: 17 Noyabr 2021 14:42

Koronavirus pandemiyasının yaratdığı iqtisadi böhran rusiyalı fahişələrə də təsirsiz ötüşməyib. Ən qədim peşə sahibləri göstərdikləri xidmətlərə görə qiymətləri qaldırmaq qərarına gəliblər.

Sonxeber.net xəbər verir ki, bu barədə "Secret Firmy" "Seks İşçiləri Forumu"nun mətbuat katibi Marina Avramenkoya istinadən məlumat yayıb.

Qeyd dilir ki, bəzi seks xidməti işçiləri müştərilərin axını azaldıqca xidmətlərinin qiymətini qaldırıb. "Kimsə bunu iki dəfə qaldırıb, bu da müştəri azlığına səbəb olub, lakin nəticədə məbləğ eyni olub", - Avramenko bildirib. Digərləri isə əksinə, müştərilərini saxlamaq üçün qiyməti aşağı salmağa başlayıb. "Salonlarda, məsələn, proqram 3000 rubla başa gəlir, indi 2000-dir" deyib. Bundan əlavə, müştərilər də aşağı gəlirlər və pandemiya məhdudiyyətlərindən əsəbiliklərini ifadə edirlər.  Onun sözlərinə görə, əgər koronavirusun ilk dalğasında potensial müştərilər evdə oturub qorxurdularsa, indi heç kim qorxmur, əksəriyyəti artıq xəstələnib, peyvənd olunub.

O da vurğulanır ki, seks xidmətləri bazarı illərdir problem içərisindədir. 2020-ci ilin yazında, COVID-19-un ilk dalğasının qızğın çağında bu sferanın nümayəndələri koronavirusun yayılması və ölkədə tətbiq edilən özünütəcrid rejimi ilə əlaqədar tələbatın azalmasından şikayətləniblər. Bu bazarda təxminən üç milyon insan işləyir, illik dövriyyəsi 800 milyarddan bir trilyon rubla qədər qiymətləndirilir.

Anar Əli


Etiketlər:  Koronavirus qədim peşə sahiblərini vurdu Qiymətləri qaldırdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ