Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qulaq və burun qığırdaqları 3D bioprinterdə çap olunacaq

Qulaq və burun qığırdaqları 3D bioprinterdə çap olunacaq

Tarix: 18 Noyabr 2021 21:15

BBC agentliyinin məlumatına əsasən, Morriston Hospitalda (İngiltərə) çalışan bir qrup alimlər 3D bioprinterdə insanın qulaq və burun qığırdağını çap edə biliblər.

Gələcəkdə bu çap olunmuş orqanlar xəstəlik və ya hər hansı bədbəxt hadisə nəticəsində itirilmiş burun və ya qulağın köçürülməsində istifadə olunacaq.
Bir orqanın yaradılması təxminən 2 ay vaxt əhatə edir. Əvvəl kompüterdə itirilmiş orqanın dəqiq kopiyası hazırlanır. Sonra 3D bioprinterdə tərkibində pasiyentin hüceyrələri olan xüsusi qarışıqdan qığırdaq çap olunur. Daha sonra təzə qığırdaq laborator şəraitində lazım olan vəziyyətə çatdırılır və xəstəyə köçürülür.
Yeni qulaq və burun pasiyentin qulaq və ya burnun kopiyasıdır. Həmçinin onun tərkibində pasiyentin hüceyrələrinin olması transplantologiya elminin əsas problemi olan yeni orqanın orqanizm tərəfindən qəbul etməməsi problemini tamam həll edir. Yeni qulaq və ya burun orqanizm tərəfindən özününkü kimi qəbul olunur.
Hal hazırda alimlər eksperimenti heyvanlar üzərində aparır, 3 ildən sonra isə 3D bioprinterdə çap olunmuş qulaq və burunlar insanlara köçürülə bilər. 

Milli.Az


Etiketlər:  Qulaq burun qığırdaqları bioprinterdə çap olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ