Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2021 23:08
Ukrayna parlamenti "Ukrayna-Türkiyə hökumətlərarası hərbi baza sazişinin təsdiq edilməsi haqqında" qanun layihəsini təsdiqləyib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, qanun layihəsi 450 deputatdan ibarət parlamentdə 303 deputatın səsi ilə qəbul edilib.
Ukrayna Prezidenti Vladimir Zelenskinin 2020-ci il oktyabrın 16-da İstanbula səfəri zamanı imzalanan saziş qarşılıqlı hərbi əməkdaşlığın hüquqi əsasını təşkil edir.