Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəzər Dəniz Gəmiçiliyinin kapitanı gəmidə qadını zorlamaq istədi

Xəzər Dəniz Gəmiçiliyinin kapitanı gəmidə qadını zorlamaq istədi

Tarix: 19 Noyabr 2021 10:14

Xəzər dənizində gəmi kapitanı qadını zorlamaq istəyib.

Hadisə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmilərindən birində qeydə alınıb.

Gəmidə aşpaz işləyən 41 yaşlı P.Ə. iddia edir ki, gəminin kapitanı 54 yaşlı A.C. onu zorlamağa cəhd edib.

Qadın faktla bağlı bir sıra dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edib.

Sonxeber.net bildirir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Oxu.az-a açıqlamasında qadının şikayət etməsini təsdiqləyib. O bildirib ki, məsələylə bağlı şikayətçi hüquq-mühafizə orqanlarına nüraciət edib:

"Hüquq-mühafizə orqanlarının verəcəyi qərara uyğun olaraq QSC müvafiq addım atacaq".


Etiketlər:  Xəzər Dəniz Gəmiçiliyinin kapitanı gəmidə qadını zorlamaq istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ