Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur brendin bu fotosu tənqidlərə tuş gəldi

Məşhur brendin bu fotosu tənqidlərə tuş gəldi

Tarix: 19 Noyabr 2021 16:25

Artıq bir neçə gündür ki, Çində sosial şəbəkələrdə məşhur brendin adı hallanan yeni qalmaqal müzakirələrə səbəb olub. Bu dəfə  tənqidlərə "Dior" markası tuş gəlib. Buna səbəb brendin Şanxaydakı sərgisində nümayiş etdirilən çinli modelin "Lady Dior" çantası ilə olan fotosudur.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki,  "Beijing Daily" nəşri şəkillə "Diorun gözündə bu asiyalı qadındırmı?" adlı qalmaqallı başlıqla məqalə dərc edib. Nəşrdə brendi fotodakı çinli qızı ən xoşagəlməz şəkildə təqdim etməyə çalışdıqları bildirilib.

Foto yerli fotoqraf Çen Menq tərəfindən çəkilib. Fotoqrafın ya Qərb dünyasının markaları, ya estetik zövqlə "oynadığı" da tənqidlər sırasında yer alıb.

Rəsmi olaraq "Dior" tənqidlərlə bağlı açıqlama verməsə də, fotonun sərgidən qaldırıldığı bildirilib.

Qeyd edək ki, bu, Qərbin məşhur brendlərinin Çin bazarında ilk üzləşdiyi problem deyil. 2018-ci ildə "Dolce & Gabbana" da Çin və İtaliya arasındakı əlaqəni nümayiş etdirməli olan bir sıra videolara görə tənqid edilmişdi. Çubuqlarla italyan yeməklərini yeməyə çalışan modelin şəkli Çində təhqiramiz hesab edilmiş, hətta marka boykot olunmuşdu. Nəticədə dizaynerlər buna görə üzr istəmişdilər.

Digər yandan "Dior"un adına konserti 10 nəfərin ölümü ilə nəticələnən reper Travis Scottla əməkdaşlığı da xələl gətirə bilər. Hətta brend yeni kolleksiyanın təqdimatını təxirə salmaq məcburiyyətində qalıb.


Etiketlər:  Məşhur brendin fotosu tənqidlərə tuş gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ