Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2021 11:45
Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə arxiv fotolarını paylaşıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, sənətçi müxtəlif illərdə lentə alınan fotolarına bu sözləri yazıb:
"Gündə bir kərpic düşür ömrümüzün sarayından. Bu şəkillərimə baxanda yaşadığım bütün günlər lent kimi gözümün önündən keçir. Uşaqlıq, gənclik və ailə həyatı... Həyatda qazandıqlarımız çox oldu. Allah doğmalarımızı bizə çox görməsin. Tək qazancımız doğmalarımızdır".
R.İsmayılovanın bəzi izləyiciləri onu tanımadıqlarını, bəziləri isə "Çalıkuşu" filmindəki Fəridə obrazını canlandıran türkiyəli aktrisa Aydan Şenerə bənzətdiklərini yazıblar.