Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənc argentinalı futbolçu polis tərəfindən güllələndi - FOTO

Gənc argentinalı futbolçu polis tərəfindən güllələndi - FOTO

Tarix: 20 Noyabr 2021 12:02

Argentinada futbol ictimaiyyətində rezonans doğuran faciə baş verib. Belə ki, polis "Barracas Central" klubunun 17 yaşlı futbolçusu Lukas Qonzalesi güllələyib.

Faciə Barrakas rayonunda baş verib - bu, Buenos-Ayresin cənub-şərqindədir. Lukas Qonzales və dostları avtomobili idarə edərkən polis avtomobilə atəş açıb.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları öz hesabatlarında qeyd ediblər ki, gənclər yol ayrıclarından birində onları saxlamaq istəyən polis maşınını vurub.

"Barracas Central" futbol klubu istintaqın bu versiyasını dəstəkləmir və hadisənin ədalətli araşdırılmasını tələb edir.

Qeyd olunur ki, yaxın bir neçə gün üçün "Barracas Central" komandasında matəm elan edilib - matçlar və məşqlər ləğv edilib.


Etiketlər:  Gənc argentinalı futbolçu polis tərəfindən güllələndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ