Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2019 16:38
Bakı. Trend:
Qədim Bakının qəlbində bəlkə də dünyanın ən sirli, ən cazibədar abidəsi ucalır: Qız qalası...
Qız qalası Xəzərin sahilində, dənizə doğru uzanan nəhəng maili qayanın üzərində, silindrik formada tikilib (XII əsr). Ona dəniz tərəfdən "kontrfors" adlanan, böyük, uzunsov bir dayaq divarı birləşir. Maili qaya üzərində durduğuna görə qalanın hündürlüyü şimaldan 31, cənub tərəfdən 28 metrdir. Qala səkkizmərtəbəlidir. Yeganə giriş yolu qərb tərəfində, 1859-cu ildə açılıb. Yazılı mənbələrdə abidə haqqında geniş, dəqiq məlumatların olmaması onun tikilmə tarixi və funksiyası barədə bir çox fərziyyələrin yaranmasına zəmin yaradıb.
Qala pilləkənləri ilə qalxdıqca keçmişə doğru sanki daha bir əsrlik yol gedirsən...
Trend bu qədim tarixi və rəvayətləri, eləcə də Bakının füsunkar gözəlliyini özündə ehtiva edən Qız qalasından fotoreportajı təqdim edir:
FOTO: Zaur Mustafayev
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin