Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şamaxıda baş verən zəlzələ fəsad törədib? - Açıqlama

Şamaxıda baş verən zəlzələ fəsad törədib? - Açıqlama

Tarix: 20 Noyabr 2021 19:08

Bu gün Şamaxıda baş verən zəlzələ nəticəsində hər hansı ciddi fəsad qeydə alınmayıb, xəsarət alan olmayıb.

Bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.

Zəlzələ nəticəsində Şamaxı şəhəri və ətraf kəndlərində hər hansı fəsad qeydə alınmayıb.

Bu gün yerli vaxtla saat 16:46-da Şamaxı rayonu ərazisində - Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda zəlzələ baş verib. Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5,1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 3-4 bala qədər hiss edilib.


Etiketlər:  Şamaxıda baş verən zəlzələ fəsad törədib Açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ