Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2021 20:36
ABŞ-ın Ermənistandakı səfirliyi Birləşmiş Ştatların bu ölkədəki vətəndaşlarına xəbərdarlıq edib.
Sonxeber.net Ermənistan mediasına istinadən bildirir ki, elektron poçtla göndərilmiş xəbərdarlıqda vurğulanır: "M2 və M17 avtomagistrallarında Azərbaycanın gömrük postlarında yoxlamaların gücləndirildiyi barədə məlumatlar gəlir. Birləşmiş Ştatların Ermənistandakı səfirliyi ABŞ vətəndaşlarının nəzərinə çatdırır ki, səfirliyin əməkdaşlarına və onların ailə üzvlərinə M17 trası ilə Karauc və David Bek (Zeyvə, - red.) kəndləri arasında, habelə Qafan-Çakaten yolu ilə hərəkət etmələri yasaqlanır. ABŞ vətəndaşları Ermənistanla Azərbaycan arasındakı sərhəddə sayıqlığı qorumalı, Qarabağ münaqişəsi zonasındakı təmas xəttinin yaxınlığına səfərlərdən çəkinməlidir".