Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Namazın sözləri ucadan söylənir, ya astadan?

Namazın sözləri ucadan söylənir, ya astadan?

Tarix: 20 Noyabr 2021 22:56

Şəriətə görə, kişilər sübh namazının hər iki rükətində, məğrib və xiftən namazlarının isə ilk iki rükətində "Fatihə" vəı sonrakı surəni uca səslə oxumalıdırlar. (Uca səslə oxumaq deyərkən çığırmaq yox, yanında durduğun şəxsin sənin nə dediyini anlaması qədərində səsi ucaltmaq nəzərdə tutulur). Kişilər zöhr və əsr namazlarını bütövlükdə, məğrib namazının üçüncü rükətini, işa namazının üçüncü və dördüncü rükətlərini asta səslə (pıçıltı ilə) qılmalıdırlar. Ucadan qılınan rükətlərin hökmü qadına şamil deyil. Yəni qadın uca səslə qılınan rükətləri istəsə uca səslə, istəsə asta səslə qıla bilər. Amma əgər səsini naməhrəm eşidirsə, bu zaman namazın bütün sözlərini astadan söyləməsi lazımdır. Hətta səsini naməhrəm eşitdiyi halda, qadın namazın sözlərini ucadan söyləsə, namazın batil olma təhlükəsi yaranır.


Etiketlər:  Namazın sözləri ucadan söylənir astadan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ