Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2021 00:32
İrkutskda 43 yaşlı şəxsin öz qızına qarşı illər uzunu təcavüz etməsi faktı üzə çıxıb. Məhkəmə qarşısına çıxarılan şəxsin 9 il ərzində, qurbanını 11 yaşından zorladığı bəlli olub. İstintaq 39 cinayət faktı müəyyən edib.
Sonxeber.net xəbər verir ki, qurban baş verənlər barədə danışmaqdan qorxub - atası onu döyərək kiməsə deyəcəyi təqdirdə anası və bacısını öldürəcəyi ilə hədələtib. Artıq 20 yaşı olan qız nəhayət atasının cinayətləri barədə anasına məlumat verib, qadın da dərhal polisə müraciət edib. Məhkəmə qızına illərlə təcavüz etmiş yerli sakinin cəzasını 5 ildən 4 il 10 aya endirib.
Anar Əli