Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2021 08:22
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.
1990-cı il təvəllüdlü İsmayılova Lalə zəhərlənmə diaqonuzu ilə xəstəxanaya yerləşdirilib.
Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, 31 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Qeyd edək ki, 2 gün bundan əvvəl Gəncədə bir ailədən 7 nəfər dəm qazından zəhərlənmişdi.