Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2021 10:45
Xalq artisti Aygün Kazımova model Günay Musayevanın onun libasında mükafatlandırma gecəsinə qatılmasına münasibət bildirib.
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə OLAY-ın İnstaqram səhifəsindəki paylaşıma reaksiya verib.
"Fəxrimiz Rüfət İsmayılın əlbisəsi Günay xanıma çox gözəl yaraşıb", - deyə, müğənni yazıb.
Qeyd edək ki, ötən gün Türkiyədə fəaliyyət göstərən Günay Musayeva A.Kazımovanın "İnan Günəş doğacaq" adlı klipdə istifadə etdiyi libasın eynisini geyinərək "Ayaklı Gazete"nin mükafatlandırma gecəsinə getmişdi.