Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən müharibəsi şəhidlərinin ailələri və əlillərlə bağlı təklif olunan vergi güzəşti 2 dəfə artırılır

Vətən müharibəsi şəhidlərinin ailələri və əlillərlə bağlı təklif olunan vergi güzəşti 2 dəfə artırılır

Tarix: 24 Noyabr 2021 11:24

Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və əlillər üçün yeni vergi güzəşti müəyyənləşir.

Sonxeber.net bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 000 manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, birinci oxunuşda layihədə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 10 000 manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulmuşdu.


Etiketlər:  Vətən müharibəsi şəhidlərinin ailələri əlillərlə bağlı təklif olunan vergi güzəşti dəfə artırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ