Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Brilyant əl''in aktrisası psixiatrik klinikaya yerləşdirildi

''Brilyant əl''in aktrisası psixiatrik klinikaya yerləşdirildi

Tarix: 24 Noyabr 2021 15:00

Rusiyanın Əməkdar artisti Svetlana Svetliçnaya psixiatrik klinikaya yerləşdirilib.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktrisanın nəvəsi Mariya İvaşova məlumat yayıb.

Onun sözlərinə görə, aktrisaya beyin zədələnməsi diaqnozu qoyulub. Bildirilib ki, o, son bir ildə 7 dəfə xəstəxanalıq olub. Oğlu Aleksey İvaşov isə məlumatları təkzib edərək, anasının adi xəstəxanada müalicə aldığını bildirib.

Xatırladaq ki, bir müddət əvvəl S.Svetliçnaya itkin düşmüş və bir neçə gündən sonra tapılmışdı.

Qeyd edək ki, 81 yaşlı aktrisa "Brilyant əl", "Baharın on yeddi anı", "Görüş yeri dəyişdirilə bilməz" kimi bir çox filmlərdə rol alıb.


Etiketlər:  Brilyant əlin aktrisası psixiatrik klinikaya yerləşdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ