Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadınlarda cinsi əlaqə uğursuzluğu - Vaginizm

Qadınlarda cinsi əlaqə uğursuzluğu - Vaginizm

Tarix: 25 Noyabr 2021 09:00

Gənc qızlarda vaginizmin yaranmasında onların rəfiqələrinin böyük rolu vardır.

Ailə qurmuş rəfiqələrinin cinsi əlaqəni çox şişirdilmiş və qorxulu şəkildə anlatmaları nəticəsində cinsi əlaqə haqqında heç bir təcrübəsi olmayan qız üçün çox ağır bir psixoloji travmadır. Bu zaman gənc qız eşitdiklərini beynində öz fantaziyasına uyğun qorxulu ssenari üzərində canlandırır və buna inanmağa başlayır. Bu zaman gənc qız tərəfindən yaşanan bu pis düşüncələr (beynində canlandırdığı üçün) onun şüuraltı mərkəzində (beynində) məskunlaşaraq yer alır və öz fəsadlarını göstərməyə başlayır.

Əsas səbəblərdən biri də qızların öz cinsi orqanlarını tanımamasıdır və hətta tanımağa cəhd göstərməməsidir. Belə qızlarda "ağıllı qız sindromu " üstünlük təşkil edir. Onlar cinsi əlaqəni əxlaqsızlıq, iyrənclik, günah, ayıb sayaraq bu haqda heç bir informasiya əldə etmək istəmirlər. Qızları olan anaların da burada rolu az deyil. Analar öz qızlarına, hər bir qızın 12 yaşına çatdığı zaman aybaşı olacağını, cinsi orqanlara gigiyenik qaydalarını öyrətməlidirlər ki, bu qızlar da cinsi orqan haqqında məlumat toplamağa açıq olsunlar. Əksinə olaraq valideynlərimiz iki qadın söhbət edəndə qızlarından onları tək qoymalarını istəyirlər. Bu düzgün deyil! Qızlarını həyatın qanunlarından təcrid edəndə zərərini ancaq qız çəkir. Və elə bir şəkildə zərər çəkir ki, bu onun bütün sağlamlığına, bütün həyatına, qurduğu ailəsinə öz mənfi təsirini göstərir.

Çox yaxşı olardı ki, analar qızlarına müəyyən qədər cinsi orqan haqqında məlumatlar versinlər. Vaginizm qızlar ailə qurduqdan sonra cinsi əlaqə mümkün olmadığı zaman "elə bil vagina hissədə bir divar yaranır" - deyə söyləyirlər. Əslində isə bu "divarı" onlar özləri də bilmədən beyinlərində yaradıblar.

Bundan başqa keçirilmiş ağır doğuşdan sonra, eləcə də vaginanın daraldılması (arxa kolporrafiya) əməliyyatından sonra da vaginizm əlamətlərinə rastlamaq olur. Eyni zamanda vaginanın (uşaqlıq yolunun) iltihabi proseslərində də (bartolinit,irinli və mayeli kistlər) ağrılı cinsi əlaqəyə rast gəlinə bilər.

Səbələrdən biri də vaginanın (uşaqlıq yolunun) anadangəlmə olmamasıdır. Vaginanın anadangəlmə olmaması da cinsi əlaqənin mümkünsüzlüyünün səbəbi ola bilir.

Günay Hacıyeva


Etiketlər:  Qadınlarda cinsi əlaqə uğursuzluğu Vaginizm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ