Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən gün 219 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

Ötən gün 219 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

Tarix: 25 Noyabr 2021 13:26

Noyabrın 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 203 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, monitorinq 197 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 219 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Milli.Az


Etiketlər:  Ötən gün 219 nəfər COVID 19 pasportu olmadığına görə şənliyə buraxılmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ