Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tiflis ''3+3'' formatına niyə qoşulmur? - Əsas qorxu

Tiflis ''3+3'' formatına niyə qoşulmur? - Əsas qorxu

Tarix: 26 Noyabr 2021 11:12

Gürcüstanda siyasi böhran həll olunmayana qədər "3+3" formatında irəliləyiş olmayacaq.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Nikolay Silayev Tiflisin "3+3" mexanizminə qoşulmağın hazırda Gürcüstanın gündəmində olmadığı barədə bəyanatını şərh edərkən deyib.

"Gürcüstanın bugünkü xarici siyasəti Qərbin, yəni Aİ və ABŞ-ın bu siyasəti dəstəkləməsinə əsaslanır. Gürcüstan Rusiyanın da olduğu "3+3" formatına girəcəyi təqdirdə Qərblə əlaqələrinin zəifləyəcəyindən qorxur", - Silayev vurğulayıb.

Tiflisin Rusiya və Türkiyə ilə birbaşa dialoq qurmaqdan çəkindiyini bildirən Silayev bu səbəblərdən Gürcüstanda siyasi böhran həll olunmayana qədər "3+3" formatında irəliləyiş olmayacağını proqnozlaşdırıb.


Etiketlər:  Tiflis formatına niyə qoşulmur Əsas qorxu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ