Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2021 23:36
İsmayıllı rayonu ərazisindəki Qaranohur gölü son illər ekoturizm həvəskarlarının ən sevimli səyahət məkanlarından birinə çevrilib.
Göl İsmayıllı şəhərindən şimal-şərq istiqamətdə 8 kilometr məsafədə yerləşir. Qaranohur dəniz səviyyəsindən 1520 metr hündürlükdədir.
Təbii gözəlliyi ilə seçilən göl böyük turizm potensialına malikdir və getdikcə daha çox turisti özünə cəlb edir. Gölə turistlər üçün piyada gəzintilər də təşkil edilir. Bu gəzinti Talıstan kəndindən başlamaqla gözəl mənzərəli yerlərdən keçərək, piyada 2-3 saat davam edir.
Sonxeber.net AZƏRTAC-a istinadən azərbaycanlı fotoqraf Lyokinin Qaranohur gölündə çəkdiyi gözoxşayan payız mənzərələrini təqdim edir.