Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2021 16:26
Son vaxtlar taksi xidmətindən istifadə edən qadınlar bəzi sürücülərin onlara qarşı qeyri-etik davranış sərgiləmələrindən şikayətçidirlər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, vəkil Vamiq Şükürov bununla bağlı videomüraciət yayımlayıb.
O bildirib ki, bəzi sürücülər taksiyə minən xanımlarla tanış olmaq istəyir, qeyri-etik davranışlar nümayiş etdirirlər:
"Məlumdur ki, azərbaycanlı xanımlar bu hallarda adətən şikayətçi olmurlar. Onlar ailə üzvləri ilə sürücü arasında baş verə biləcək pis hadisələrdən çəkinirlər. Bu səbəbdən taksi sürücülərinə müraciət edərək bildirirəm ki, bu cür hərəkətlər qanun pozuntusu olmaqla yanaşı, həm də əxlaqsızlıqdı".
Ətraflı videonu təqdim edirik: