Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlin ən yaxşı qapıçısı bəlli oldu

İlin ən yaxşı qapıçısı bəlli oldu

Tarix: 28 Noyabr 2021 18:20

Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma 2021-ci ilin ən yaxşı qolkiperi seçilib.

Milli.Az bildirir ki, İtaliya millisinin üzvü Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən bu ada yiyələnib.

22 yaşlı qapıçı 170 xalla bütün rəqiblərini geridə qoyub. Almaniya yığmasının və "Bavariya"nın qolkiperi Manuel Noyer 75 xalla 2-ci, İngiltərənin "Çelsi" komandasının seneqallı qapıçısı Eduar Mendi 40 xalla 3-cü olub.

Qeyd edək ki, IFFHS daha əvvəl "Bavariya"nın hücumçusu Robert Levandovskini ilin futbolçusu elan edib.

Milli.Az


Etiketlər:  İlin yaxşı qapıçısı bəlli oldu


RƏYLƏR