Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2021 13:40
Xalq artisti Məleykə Əsədova sosial şəbəkələri tənqid edib.
Sonxeber.net Azxeber.com-a istinadən xəbər verir ki, Əməkdar artist Sənubər İsgəndərlinin "Sənətdən kənar" proqramına qatılan ifaçı sosial şəbəkələrin sənəti ucuzlaşdırdığını və insanları tamamilə dəyişdiyini bildirib.
Əsədova yeganə övladı Gülərə feysbuk, instaqram və tik-tok kimi sosial şəbəkələrə girməyə icazə vermədiyini deyib:
"Sosial şəbəkələr sadəcə sənəti ucuzlaşdırmadı, eyni zamanda insanları da dəyişdi. Şəxsən mən qızıma tik-tok, feysbuk və instaqrama girməyə icazə vermirəm.
Özü də bilir ki, anası onun o platformalardan istifadə etməsini istəmir. Mən razı deyiləm ki, qızım sosial şəbəkələrdən istifadə etsin. Nə öyrənəcək mənim övladım oradan? Yaxşısı budur, çoxlu kitablar oxusun, oradan lazımi biliklər əldə etsin".