Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Atasına lənət bu qədər qaz işlətmişəmsə!”

“Atasına lənət bu qədər qaz işlətmişəmsə!”

Tarix: 29 Noyabr 2021 14:15

Xalq artisti Naibə Allahverdiyeva "Azəriqaz"dan şikayət edib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında yazıb:

"Artıq bezdim! Dərdimizi kimə deyək görəsən? Belə biabırçılıq olmaz. 3 gün öncə 20 manat, ondan 2 gün öncə 10 manat, dünən səhər isə 10 manat qaza pul vururam, yenə bu səhər yuxudan donduğuma görə ayılmışam. Təsəvvür edirsiz, dünən tamaşamızın uğuru, alqışlar məni o qədər xoşbəxt etdi ki, o motivasiya ilə yuxuya getdim, sanki cənnətdə idim, birdən elə bil biri məni buz kimi suyun içinə atdı, ayıldım gördüm ev buz kimidir. Şikayət edirsən, deyirlər, limiti keçmisən, borcun var. Atasına lənət əgər mən bu qədər qaz işlətmişəmsə... Halbuki 1 ildir demək olar ki, rayonda olmuşam. Hamı şikayət edir, bunun bir sonu olacaq? Bəsdirin insanların cibinə girdiz! Eşidirsiz?!".

Milli.Az


Etiketlər:  Atasına lənət qədər işlətmişəmsə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ