Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Böyük Britaniyada avtomobil istehsalı rekord səviyyədə azalıb

Böyük Britaniyada avtomobil istehsalı rekord səviyyədə azalıb

Tarix: 29 Noyabr 2021 21:22

Böyük Britaniyada avtomobil istehsalı rekord səviyyədə azalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Britaniya Motorlu Nəqliyyat vasitələri İstehsalçıları və Satıcıları Assosiasiyasının açıqladığı məlumata əsasən, ölkədə avtomobil istehsalı ötən ilin oktyabr ayı ilə müqayisədə rekord səviyyədə azalıb.

Qlobal yarımkeçirici böhranının artmaqda davam etməsi və bəzi fabriklərin bir müddət bağlı qalmasından sonra, oktyabr ayında istehsalın illik 41,4 faizə çatdığı açıqlanıb. Bu 1956-cı ildən bəri ən aşağı səviyyədir.

Belə ki, bu ilin oktyabrında istehsal olunan avtomobillərin ümumi sayı 64 min 729 ədəd olub.

Oktyabr ayında baş verən bu kəskin azalma qlobal təchizat sahəsində davam edən problemin və ölkənin əsas istehsalçılarından biri olan "Honda"nın ötən iyul ayında öz fabrikində istehsalı dayandırmasının təsviri kimi qiymətləndirilib.

Milli.Az


Etiketlər:  Böyük Britaniyada avtomobil istehsalı rekord səviyyədə azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ