Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2021 18:16
Türkiyəli boksçu Sinan Ulutürkün 6 illik həyat yoldaşı, azərbaycanlı pilates müəllimi Leyla Süleymanova şiddət gördüyünü bildirirək boşanmaq üçün məhkəməyə müraciət edib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, L.Süleymanova özündən 10 yaş kiçik həyat yoldaşının ona "Sən məndən böyüksən, gənc xanımla evlənəcəyəm, gedib Aleyna Tilki ilə ailə quracağam" sözlərini dediyini bildirib.
S.Öztürk də məhkəməyə müraciət edərək arvadının onu aldatdığını, 1 milyon lirə təzminat istədiyini bildirib.
Qeyd edək ki, L.Süleymanova 2011-ci ildə Demet Akalının keçmiş həyat yoldaşı Oğuz Kayhanla ailə qurmuşdu. Cütlüyün Taha adlı oğlu var.
Daha sonra Oğuz Kayhandan boşanan Leyla 2014-cü ildə futbolçu Selçuk Şahinlə öpüşərkən görüntülənmişdi.
25 may 2015-ci ildə Sinanla evlənən Süleymanova 2018-ci ildə boşanmaq üçün müraciət etsə də sonradan barışmışdılar.