Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2021 18:56
Koronavirusun "Omikron" ştammı Qana dövlətində qeydə alınıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, virus Nigeriyadan və CAR-dan gələn şəxslərdə aşkarlanıb. Qananın səhiyyə naziri Kvaku Ajiman-Manu 2022-ci ilin yanvarına qədər ölkədə vaksinasiyanın sürətini artırmaq niyyətində olduqlarını bildirib.
İrlandiyada da "Omikron" ştammına yoluxma aşkar edilib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Virusun sözügedən variantının bir nəfərdə müəyyən edildiyi bildirilir. Həmin şəxs İrlandiyaya virusun müəyyən edildiyi yeddi Afrika ölkəsinin birindən gəlib.