Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2019 09:48
Bakı. İlhamə İsabalayeva - Trend:
İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səhər saat 9:30-a olan məlumata əsasən, hazırda xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər müalicəsini davam etdirir. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir:
"Qidadan zəhərlənmə ehtimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, İsmayıllının Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin