Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2021 09:00
Hindistanın Madhya-Pradeş ştatından olan 52 yaşlı biznesmen Anand Prakaşa Çuksi həyat yoldaşına sevgisini göstərmək üçün məşhur Tac Mahal kompleksinin eynisini tikdirib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, orijinaldan sahəsinə görə 3 dəfə kiçik olan tikili 3 ilə ərsəyə gəlib. Binanın inşasına 20 milyon rupi (təxminən 260 min dollar) pul xərclənib.
"Bu xanımıma, şəhərimizə və onun sakinlərinə hədiyyəmdir. Binanın xaricində şəkil çəkdirməyə icazə verilsə də, içərisinə keçmək olmaz. Burada biz yaşayırıq", - deyə Çuksi bildirib.
Onun sözlərinə görə, Tac Mahalın eynisini tikmək üçün tarixi məscid-məqbərəni dəfələrlə ziyarət ediblər və binanın 3D çəkilişindən istifadə ediblər.
Qeyd edək ki, Anand "sevgi abidəsi"nin bənzərsiz görünüşündən ilham alan ilk şəxs deyil. 2013-cü ildə təqaüdə çıxmış bir dövlət məmuru da Hindistanın şimalındakı kənddə həyat yoldaşı üçün məqbərənin eynisini tikdirmişdi.
Tac Mahal Hindistanın şimalında yerləşən Aqra şəhərində yerləşən 17-ci əsrə aid məqbərə-məsciddir. Padşah Cahan şahın 14-cü övladını dünyaya gətirən zaman dünyasını dəyişən arvadı Mümtaz Mahalın xatirəsinə tikilib.