Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2019 11:38
Bakı. İlhamə İsabalayeva - Trend:
İsmayıllıda həyətyanı sahədə keçirilən kiçik toy məclisində baş verən qida zəhərlənməsi ehtimalı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub.
Bu barədə Trend-ə AQTA-dan məlumat verilib.
Bildirilib ki, hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticələri ilə bağlı geniş məlumat veriləcək.
Qeyd edək ki, İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib. Hazırda xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər müalicəsini davam etdirir. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin