Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2021 17:22
Myanmanın Yanqon şəhərində polisin avtomobili nümayişə qalxan kütlənin üzərinə sürməsi nəticəsində azı 5 nəfər həlak olub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Myanmar Now" məlumat yayıb.
Məlumata görə, insident nəticəsində onlarla insan yaralanıb. Azı 15 etirazçı həbs edilib.
Qeyd edək ki, 2021-ci il fevralın 1-də Myanma ordusu bir illik fövqəladə vəziyyət elan edib və ölkə rəhbərliyinin, o cümlədən prezident Vin Myin istefasını elan edib. Fevralın əvvəlindən ölkədə mülki hökumətin yerdəyişməsinə qarşı etirazlar davam edir.