Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2021 19:52
Zaqatala rayonunda 27 yaşlı gənc bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Danaçı kəndində baş verib.
Kənd sakini 1994-cü il təvəllüdlü İslam Həmzət oğlu Halmaqov qoz ağacından yıxılıb. Bədbəxt hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan İ. Halmaqov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin müayinə zamanı İ. Halmaqova boyun və bel fəqərəsinin sınığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.